Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran ABŞ esminesinə zərbə endirdiyini iddia edib

SEPAH ABŞ hərbi gəmisinin Oman körfəzində hədəf alındığını açıqlayıb...

Poliqon xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ esminesinə zərbə endirdiyini iddia edib. Məlumata görə, hadisə Oman körfəzində ABŞ hərbi gəmisinin İranın ərazi sularına yaxınlaşmağa cəhd göstərdiyi zaman baş verib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı bəyanatda bildirilib ki, müşahidə və identifikasiya əməliyyatından sonra ABŞ esminesində yerləşən “komanda-nəzarət mərkəzi” hədəfə alınıb.

“İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri müşahidə və identifikasiya etdikdən sonra ABŞ esminesində yerləşən ‘komanda-nəzarət mərkəzinə’ zərbə endirib”, deyə SEPAH-ın bəyanatında qeyd olunub.

ABŞ tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ABŞ və İran arasında Fars və Oman körfəzlərində dəniz təhlükəsizliyi məsələləri uzun müddətdir gərginlik mənbəyi olaraq qalır və tərəflər bir-birini vaxtaşırı hərbi təxribatlarda ittiham edir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay