Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Rusiya Ermənistanda indi də kilsə kartını oynayır...

Ermənistanda Tavuş ətrafında erməni kilsə xadimi Baqrat Qalstanyanın rəhbərliyi altında etiraz aksiyaları davam edir..

Kamran Məmmədli: “Ermənistan çox dindar ölkədir və rəsmi statistikaya görə əhalinin 90%-dan çoxu xristian inancına sahibdir. Kilsə faktoru bu baxımdan çox önəmlidir, ancaq digər tərəfdən də Ermənistan əhalisinin keçmiş “Qarabağ klan”ına qarşı anti-patiyası var”.

“Hesab edirəm ki, Paşinyan əgər devriləcəksə və bu xarici müdaxilə olmadan baş verəcəksə, onu əvəz edən şəxs yeni bir sima olacaq. Sarkisyanlar, Köçaryanlar dövrü artıq istifadə olunub və onların müddəti bitib”.

Bu sözləri politoloq Kamran Məmmədli Ermənistanda keçirilən aksiyaları Poliqon-a şərh edərkən qeyd edib.

Artıq on gündən çoxdur ki, Ermənistanda Tavuş ətrafında erməni kilsə xadimi Baqrat Qalstanyanın rəhbərliyi altında etiraz aksiyaları keçirilir. Bu aksiyalar həm də Ermənistan hakimiyyəti ilə Erməni Apostol kilsəsi arasında olan qarşıdurmadır.

Bəs, kilsə ilə Paşinyan hakimiyyəti arasındakı bu qarşıdurma nəylə nəticələnə bilər və uzun illər boyu erməni ideyasının əsas təməl bazası olaraq çıxış edən kilsənin həm də Rusiyanın 5-ci kolonu kimi çıxış etməsi Ermənistan cəmiyyətinin gələcəyinə necə təsir edə bilər?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Gedişat onu göstərir ki, Paşinyanı bu vasitə ilə devirmək mümkün olmayacaq”.

Kilsənin təşkil etdiyi yürüşün 9 may tarixində İrəvana çatmalı və orada yekun mitinqin keçirilməli olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, yalnız oradakı aksiyanın yekununu gördükdən sonra etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığı haqqında müəyyən fikir söyləmək tam mümkün olacaq:

“Bir çox ölkədə olduğu kimi Ermənistanda da dini qurumlar müstəqil deyillər. Bu baxımdan, Rusiya Paşinyana qarşı ardıcıl uğursuzluqlardan sonra indi də kilsə kartını oynadır. Bildiyiniz kimi, Ermənistan çox dindar ölkədi və rəsmi statistikaya görə əhalinin 90%-dan çoxu xristian inancına sahibdir. Kilsə faktoru bu baxımdan çox önəmlidir, ancaq digər tərəfdən də Ermənistan əhalisinin keçmiş “Qarabağ klan”na qarşı anti-patiyası var. Keçmiş “Qarabağ klan” erməni cəmiyyətində Paşinyanı əvəz edəcək güc deyillər.

Hesab edirəm ki, Paşinyan əgər devriləcəksə və bu xarici müdaxilə olmadan baş verəcəksə, onu əvəz edən şəxs yeni bir sima olacaq. Sarkisyanlar, Köçaryanlar dövrü artıq istifadə olunub və onların müddəti bitib. Rusiyanın yenidən onları diriltməsini isə siyasi səhv kimi qiymətləndirirəm. Çünki bundan öncə də, İrəvanın mərkəzində etirazlar mitinqlər keçirilsədə bir nəticə əldə olunmamışdır.

Kamran Məmmədli: “Milli maraqlarımız naminə hazırda Paşinyanın devrilməsi və onun yerinə revanşist güvvələrin gəlməsi lazım deyil”.

İndi də kilsənin təşkil etdiyi yürüş 9 may tarixində İrəvana çatmalı və orada yekun mitinq keçirilməlidir. Yalnız oradakı aksiyanın yekununu gördükdən sonra etirazların davamlılığı və erməni cəmiyyətində Paşinyana qarşı güclü müqavimətin olub-olmadığı haqqında müəyyən fikir söyləmək tam mümkün olacaq. Ancaq gedişat onu göstərir ki, Paşinyanı bu vasitə ilə devirmək mümkün olmayacaq.

Heç bizə də, milli maraqlarımız naminə hazırda Paşinyanın devrilməsi və onun yerinə revanşist güvvələrin gəlməsi lazım deyil. Belə olan təqdirdə, yeni müharibə ehtimalı yarana bilər və ən əsasıda Rusiyanın bizə qarşı mövqe dəyişimi baş verə bilər”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl sərbəst buraxılıblar

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar