Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Cəfərli: Ermənistanın iqtisadi artımının yeganə səbəbi Rusiyadır...

Rəsmi statistikaya görə Ermənistanda birinci rübdə ÜDM 9,2%-ə qədər artıb...

İqtisadçı-ekspert: “Ermənistanda ümumi daxili məhsulun yüksək templə artması təqribən 2020-ci ildən sonra başladı. Bunun da əsas səbəbi Rusiyaya qarşı olan sanksiyaların Ermənistan üzərindən yan keçməsidir”.

Ermənistanla Rusiya arasında görüntü olaraq nə qədər problemlər olsa da, amma iqtisadi münasibətlər kifayət qədər yüksək templə inkişaf edir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Ermənistanda ümumi daxili məhsulun artma səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Rəsmi statistikaya görə Ermənistanda birinci rübdə ÜDM 9,2%-ə qədər artıb. Bəs, Ermənistan hakimiyyətinin bu statistikası həqiqəti nə qədər əks etdirir və Ermənistan iqtisadiyyatını inkişafa yönəldən əsas stimullar nələrdir?

Ermənistan iqtisadiyyatını Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Heç də təsadüfi deyil ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təqribən üç dəfəyə yaxın artıb”.

Rusiyaya qarşı sanksiyalara Ermənistanın kömək etdiyini nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, bu dövriyyə Ermənistan şirkətlərinə kifayət qədər ciddi pul qazandırır:

Ermənistanda ümumi daxili məhsulun yüksək templə artması təqribən 2020-ci ildən sonra başladı. Bunun da əsas səbəbi Rusiyaya qarşı olan sanksiyaların Ermənistan üzərindən yan keçməsidir. Yəni Ermənistan Rusiyaya çox ciddi şəkildə sanksiyalardan yan keçməyə kömək edir. Heç də təsadüfi deyil ki, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi təqribən üç dəfəyə yaxın artıb. Bu da təbii və orqanik artım deyil. Yəni bu sanksiyalardan yan keçmək üçün Ermənistan üzərindən alış-verişin həyata keçirilməsidir.

Bundan əlavə bildiyimiz kimi 80-90 min Rusiya vətəndaşı Ermənistana köçdü. Eyni zamanda böyük rus şirkətləri də sanksiyalara tuş gəlməmək üçün öz törəmə şirkətlərini Ermənistanda açdılar. Bu da onu deməyə əsas verir ki, Ermənistanla Rusiya arasında görüntü olaraq nə qədər problemlər olsa da, amma iqtisadi münasibətlər kifayət qədər yüksək templə inkişaf edir.

Ermənistanın iqtisadi artımının yüksəlməsinin, iqtisadiyyatda pozitiv dinamikanın yaranmasının yeganə səbəbi Rusiyadır. Yəni Rusiyaya qarşı sanksiyalara Ermənistanın kömək etməsi və Ermənistan şirkətlərinin kifayət qədər ciddi pul qazanmasıdır. Bu da həm iqtisadi dinamikanı artırır, həm də ümumi daxili məhsulun həcmini artıran amilə çevrilir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Ən çox oxunanalar