Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ ölkələri "xarici agentlər haqqında" qanuna görə Gürcüstanla vizasız gediş-gəlişi ləğv etməyi təklif edir

Estoniya, Niderland, Çexiya və İsveç ölkədə xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstana qarşı sanksiyalar tətbiq etməkdə israrlıdır...

Poliqon xəbər verir ki, bu baerədə Financial Times nəşri mənbələrə istinadən yazıb.

Baxılan tədbirlər arasında Gürcüstan vətəndaşları üçün 2017-ci ildən qüvvədə olan vizasız rejimin dayandırılması da var.

Gələn həftə Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşündə mümkün məhdudiyyətlərin müzakirəsi təklif edilir. Nəşrin həmsöhbətləri aydınlaşdırıblar ki, digər mümkün tədbirlərə məqsədyönlü sanksiyalar və Aİ fondlarından gələn gəlirlərin dondurulması daxildir.

Qəzet yazır ki, Avropa ölkələri Gürcüstan hökumətinə müxtəlif təzyiq tədbirləri nəzərdən keçirir. Bununla belə, bəzi Aİ üzvləri vizasız gediş-gəlişin dayandırılmasının əks nəticə verə biləcəyindən narahatdırlar. Adı açıqlanmayan bir avropalı diplomat detib: "Səhv insanları hədəf almamaq üçün diqqətli olmalısınız".

Bundan əlavə, Gürcüstan hökumətini dəstəkləyən Macarıstanın mövqeyi sanksiyaların təsdiqini gecikdirə bilər. Budapeşt də analoji qanun qəbul edərək, müxalifət siyasətçiləri, media və qeyri-hökumət təşkilatları tərəfindən alınan xaricdən maliyyələşməni yoxlamaq üçün xüsusi agentlik yaradıb.

Mayın 14-də Gürcüstan parlamenti daha çox "xarici agentlər haqqında" qanun kimi tanınan "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Qərar ölkədə minlərlə etiraza baxmayaraq qəbul edilib. FT xəbər verir ki, Aİ Gürcüstanın ittifaqa üzvlük üçün müraciətini dondurmaqla cavab verəcək. ABŞ rəsmi olaraq Gürcüstanla münasibətlərə yenidən baxacağına söz verib. Mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili qanuna veto qoyub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanılıb, əraziyə çoxsaylı polis göndərilib

39 illik ömrü tarixə yazılan Çe Qevaranın bilinməyənləri: SSRİ onu niyə məyus etdi?

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

TDT-nin Baş katibi Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

NATO qoşunlarını Ukraynaya göndərilir? - Sunak aydınlıq gətirdi

Ən çox oxunanalar