Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyada niqab qadağan edilə bilər - Müsəlmanlar narazıdır

Rusiyada niqab qadağasının mənfi nəticələri olacaq.

Poliqon xəbər verir ki, bunu Ura.ru-ya müsahibəsində Moskva vilayətinin Ximki şəhərinin müsəlman icmasının sədri Kamil Mannapov deyib.

Niqab üzü tamamilə örtən və gözlər üçün yalnız ensiz yarığı olan ənənəvi qadın baş geyimidir. Tipik olaraq, belə örtüklər qara parçadan hazırlanır.

Mannapov niqabı müsəlman ənənəsinin bir hissəsi adlandırıb və hesab edir ki, baş örtüyünə qoyulan qadağa cəmiyyətdə müəyyən hissləri alovlandıra bilər, çünki İslam ictimaiyyətinin bir hissəsi öz hüquqlarını pozulmuş hiss edə bilər. O qeyd edib ki, Rusiyada niqab taxmaq praktikası prinsipcə populyar deyil.

"Rusiyada niqab taxmağın qadağan edilməsi dini zəmində qarşıdurmalara səbəb ola bilər. İslam nümayəndələri özlərini ayrı-seçkiliyə məruz qalmış hiss edə bilərlər. İslamda belə bir ənənə var və onun qadağan edilməsi sadəcə olaraq cəmiyyətdə müəyyən hissləri alovlandırmaq üçün başqa bir səbəb olacaq. Bu, hər cür radikal insanların və siyasətçilərin müsəlmanların beyninə bizim ayrı-seçkiliyə məruz qaldığımızı, sıxışdırıldığmızı, dinə qarşı mübarizə aparıldığnı və sairə fikirləri səpmək üçün daha bir səbəb olacaq. Müasir müsəlman cəmiyyətində niqab çox da adi hal deyil. Rusiyada belə bir problem yoxdur. Prinsipcə, bizdə niqabla bağlı belə bir mədəniyyət qoyulmamalıdır", deyə Mannapov bildirib.

Bir gün əvvəl Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev Rusiyada niqab taxmağın qadağan edilməli olduğunu bildirib. Onun fikrincə, insanın şəxsiyyətinin tanınmasına mane olan geyimlər terror riskini artıra bilər. Fadeyev bu məsələni Rusiya Federasiyasındakı ənənəvi İslamın nümayəndələri ilə müzakirə etmək niyyətindədir. Rusiya Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov bu zərurətlə razılaşıb. O, bu məsələni tam şəkildə, hətta daha yaxşı bağlı qapılar arxasında müzakirə etməyi təklif edib.

Bundan sonra Rusiya paytaxtının müftisi və Moskva Katedral Məscidinin baş imamı İldar Alyautdinov bəyan edib ki, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası qadınların geyinməsi ilə bağlı məsələləri hökumət nümayəndələri ilə bu məsələni müzakirə etməyə hazırdır. Moskva Katedral Məscidinin baş imamı bütün dünya müsəlman ictimaiyyətinin Rusiya Federasiyasında niqab taxmağın qadağan edilməsi cəhdlərinə anlaşılmazlıqla reaksiya verəcəyindən ehtiyat etdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

NATO qoşunlarını Ukraynaya göndərilir? - Sunak aydınlıq gətirdi

Bakıda müəmmalı hadisə: Axşamlar qapıları döyür, səs gələndə uzaqlaşırlar - Video

Ötən gün meyiti tapılan Ermənistan hərbçisinin qətlə yetirildiyi açıqlanıb

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar