Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda ötən əsrin memarlıq abidəsi sökülmə təhlükəsi ilə üz-üzədir

Bakının Nəsimi rayonu, Nəsib bəy Yusifbəyli 121 ünvanında yerləşən və “Radio Mərkəzi” kimi tanınan bina sökülmə təhlükəsi ilə üz-üzədir...

“Report” xəbər verir ki, bununla bağlı paytaxt sakinləri məlumat paylaşıblar.

Onlar qeyd ediblər ki, “Radio Mərkəzi” kimi tanınan həmin bina tarixi əhəmiyyətlidir və yerində park salınması nəzərdə tutulur.

Tikili ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirilib ki, “Radio Mərkəzi” kimi tanınan bina tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil. Dövlət Xidməti binanın reyestrə daxil edilməsinin nəzərdən keçiriləcəyini elan edib.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə “Report”un müvafiq sorğusuna cavab olaraq qeyd edilib ki, komitənin yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nəsib bəy Yusifbəyli 121 ünvanında yerləşən və “Radio Mərkəzi” kimi tanınan binaya baxış keçirilib:

“Binanın bəzi hissələrində söküntü faktı aşkarlanıb. XX əsrin əvvəllərində inşa edilən binanın memarlıq əhəmiyyəti nəzərə alınaraq, Baş İdarə tərəfindən işlərin dayandırılması ilə əlaqədar və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib”.

Xatırladaq ki, “Radio Mərkəzi” adı ilə tanınan həmin binanın 1930-cu illərin memarlıq nümunələrindən biridir.

Poliqon.info

Fotolar




Etiket: Abidə Sökülmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Ən çox oxunanalar