Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəisidən sonra İranın xarici siyasətində dəyişiklik olacaq?

Prezidenti İbrahim Rəisinin ölümündən sonra İranın xarici siyasətinin dəyişməməsi ehtimalı sıfıra bərabərdir...

Poliqon xəbər verir ki, bunu Türkiyənin "Aydınlık" qəzeti yazıb.

"İranın siyasəti dəyişəcəkmi? Bu ehtimal sıfıra bərabərdir", deyə nəşr qeyd edib.

Bildirilir ki, İranın yeni rəhbərliyi ölkənin keçmiş prezidentinin siyasətini davam etdirmək qərarına gələcək.

"İran institusional dövlətdir. Bu məsələlərlə bağlı nə etmək Konstitusiyada aydın yaılır. İran administrasiyası siyasətin yerini müəyyənləşdirib. Bunun dəyişəcəyinə dair ən kiçik bir işarə belə yoxdur", deyə müəllif qeyd edib.

Qəzet qeyd edir ki, 2021-ci ildən vəzifədə olan Rəisinin hakimiyyəti dövründə İran ŞƏT və BRICS-ə üzv olub, Avrasiya İqtisadi İttifaqının mühüm oyunçusuna çevirilib, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Sudan, digər Ərəb və Afrika ölkələri, həmçinin Rusiya və Çinlə yaşı münasibətlər qurub, neft hasilatı artırılıb.

Qeyd edək ki, mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində İbrahim Rəisi, ölkənin XİN başçısı və digər rəsmiləri daşıyan helikopter qəzaya uğrayıb. Helikopterdə olan hər kəs həlak olub.

Mayın 22-də İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili Rəisiyə məxsus helikopterin qəzaya uğraması ilə bağlı yeni təfərrüatları açıqlayıb. İsmaili Rəisini müşayiət edən başqa helikopterdə olub. Onun sözlərinə görə, uçuş zamanı əvvəlcə hava şəraiti əlverişli olsa da, yarım saatdan sonra Sungun mis mədəninin yaxınlığında buludlar əmələ gəlib. Baş Qərargah rəisi Rəisi bildirib ki, prezidenti daşıyan helikopterin pilotu hündürlük əldə etmək və buludların üzərində hərəkətə davam etmək barədə göstəriş verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxılıb...

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar