Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədalət Verdiyev: Qərbə arxayın olmaq Ukrayna üçün faciələr yaratdı...

Ukrayna böhranı üzrə formalaşmış Ramştaym formatının növbəti iclası keçirilib...

Hərbi-ekspert: “Hazırda Ukrayna cəbhəsində vəziyyət o qədər də ürəkaçan deyil. Təşəbbüs Rusiyanın tərəfindədir və Rusiya son günlər ərzində Xarkov istiqamətində bəzi əraziləri nəzarətə götürə bilib”.

“50 ölkənin qəbul etdiyi qərarların icrasının ləng olması ucbatından Ukraynan döyüşlərdə növbəti məğlubiyyətlərə məruz qala bilər. Nə qədər acı olsa da, bu bir reallıqdır”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Ukrayna ilə bağlı Ramştaym formatının növbəti iclasını Poliqon-a şərh edərkən qeyd edib.

Ukrayna böhranı üzrə formalaşmış Ramştaym formatının növbəti iclası keçirilib. 50 yaxın ölkənin müdafiə nazirinin qatıldığı tədbirdə ABŞ müdafiə naziri L. Ostin həyacan təbili çalıb. Ukraynaya yardımların intensivləşməsi və havadan müdafiə sisteminə daha çox ehtiyac olduğunu vurğulayıb.

Hazırda cəbhədə yaranmış vəziyyətdən çıxış edərək, demək olarmı ki, Ukrayna cəbhədə dəyişiklik edə bilər? Bunun üçün nə qədər vaxt və resurs lazımdır?

Rusiya-Ukrayna müharibəsinin indiki vəziyyətini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Müharibə gözləmir ki, ABŞAvropa İttifaqı Ukraynaya nə vaxtsa, silah göndərəcək”.

ABŞ,Fransa, Almaniya və sair kimi ölkələrin Ukraynanı Rusiyanın qarşısına bir yem kimi atdıqlarını vurğulayan ekspert Poliqon-a bildirib ki, Qərb liderləri çox danışıb az iş görürlər:

“Hazırda Ukrayna cəbhəsində vəziyyət o qədər də ürəkaçan deyil. Təşəbbüs Rusiyanın tərəfindədir və Rusiya son günlər ərzində Xarkov istiqamətində bəzi əraziləri nəzarətə götürə bilib. Bir gün ərzində yüzə yaxın döyüş qeydə alınır. Raket zərbələri sayına görə azalsa da, dron və artilleriya zərbələri əvvəlki intensivlikdə davam edir. Ağır aviasiya bombaları da döyüş əməliyyatları zonasından kənarda yerləşən energetika obyektlərinə və mülki infrastruktura zərbələr endirir.

Görüşlər formatında əksər dövlətlər Ukraynaya daha çox silah-sursat, texnika ixracı barədə məlumatlar versələr də, bu qərarlar kifayət qədər ləng və kifayət qədər məhdud miqyaslarda həyata keçirilir. Təbii ki, müharibə davam edir, müharibə gözləmir ki, ABŞAvropa İttifaqı Ukraynaya nə vaxtsa, silah göndərəcək. Nəticədə isə Ukrayna əraziləri darmadağın olur, Ukraynanın müqaviməti bəzi istiqamətlərdə zəifləyir. Bu da yaşayış məntəqələrinin, yol qovşaqlarının Rusiyanın nəzarətinə keçməsinə gətirib çıxarır. Yəni Qərb liderləri çox danışıb, az iş görürlər və nüvə dövləti olaraq Rusiyadan da üorxduqlarını gizlətmirlər.

Ədalət Verdiyev: “Qərb dövlətlərinin etdikləri yardım Ukraynanın Rusiyaya qarşı müqavimət potensialını axtarmağa və ya gələcəkdə əks hücumlara keçərək ərazisini azad etməyə imkan vermir”.

Eyni zamanda bu gün həm Xarkov istiqamətində, həm də Donetsk, Limansk, Qudyansk, Krimatorsk bə digər istiqamətlərində ağır döyüşlər gedir. Bəzi istiqamətlərdə Rusiya tərəfi müəyyən irəliləyişlərə də nail olub. Hazırda 10 maydan başlayan Volkansk uğrunda döyüşlər tamamilə Rusiyanın irəliləməs ilə müşahidə olunur. Böyük ehtimalla yaxın 2-3 gün ərzində Rusiya tərəfi bu şəhəri işğal edə biləcək.

50 ölkənin qəbul etdiyi qərarların icrasının ləng olması ucbatından Ukraynan döyüşlərdə növbəti məğlubiyyətlərə məruz qala bilər. Nə qədər acı olsa da, bu bir reallıqdır. Başqa sözlə desək, Qərbə arxayın olub müharibəyə başlamaq Ukrayna üçün doğru qərar deyildi. ABŞ, Almaniya, Fransa və sair kimi ölkələr Ukraynanı Rusiyanın qarşısına bir yem kimi atdılar. İndi isə kənardan durub bəyanatlar verirlər. Etdikləri yardım isə Ukraynanın Rusiyaya qarşı müqavimət potensialını axtarmağa və ya gələcəkdə əks hücumlara keçərək ərazisini azad etməyə imkan vermir. Üstəlik Qərb dövlətləri Ukraynaya verdikləri silahlardan Rusiyanın arxa cəbhəsinə zərbə endirməyə icazə vermirlər. Bu isə Rusiyanın öz resurslarını qorumağa imkan verir”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

İstanbulun məşhur 15 İyul Şəhidləri Körpüsü bağlanılıb, əraziyə çoxsaylı polis göndərilib

39 illik ömrü tarixə yazılan Çe Qevaranın bilinməyənləri: SSRİ onu niyə məyus etdi?

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

NATO qoşunlarını Ukraynaya göndərilir? - Sunak aydınlıq gətirdi

Bakıda müəmmalı hadisə: Axşamlar qapıları döyür, səs gələndə uzaqlaşırlar - Video

Ötən gün meyiti tapılan Ermənistan hərbçisinin qətlə yetirildiyi açıqlanıb

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Ən çox oxunanalar