Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Birinci Qarabağ müharibəsi şəhidi Zahid Ziyad oğlu Abbasov dəfn edilib - Foto

Birinci Qarabağ müharibəsində itkin düşən, 30 ildən sonra kimliyi müəyyən edilən şəhid Zahid Ziyad oğlu Abbasovun qalıqları dəfn edilib...

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Zahid Ziyad oğlu Abbasovun qalıqları ailəsinə təhvil verilib.

Şəhidlə, Lerik rayonunun Laman kəndində vida mərasimi keçirilib. Vida mərasimində şəhidin yaxınları, kənd sakinləri, rayonun rəhbər şəxsləri, şəhid ailələri, qazi və veteranlar iştirak edib.

Şəhidin qalıqları hərbi orkestrin müşayiəti ilə Laman kənd qəbiristanlığında torpağa tapşırılıb, yaylım atəşi açılıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Zahid Ziyad oğlu Abbasovun Gəncədəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Zahid Abbasov 1993-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Kəlbəcərdə, Murovdağ silsiləsində döyüşən Zahid Abbasovun o istiqamətdə itkin düşdüyü bildirilib.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

NATO qoşunlarını Ukraynaya göndərilir? - Sunak aydınlıq gətirdi

Ötən gün meyiti tapılan Ermənistan hərbçisinin qətlə yetirildiyi açıqlanıb

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Bakıda müəmmalı hadisə: Axşamlar qapıları döyür, səs gələndə uzaqlaşırlar - Video

Ən çox oxunanalar