Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Məktəblilərin respublika çempionatı”nın final yarışlarına start verilib

“Məktəblilərin respublika çempionatı”nın final yarışlarına start verilib...

Elm və Təhsil Nazirliyindən Poliqon-a verilən xəbərə görə, “Məktəblilərin respublika çempionatı”nın taekvondo idman növü üzrə final yarışlarının açılış mərasimi olub.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılışda çempionat haqqında məlumat verildikdən sonra həm təhsil, həm də idman elementlərini özündə əks etdirən rəqs və mahnı nömrələri nümayiş olunub.

Tədbir final qarşılaşmaları ilə davam etdirilib. Yarış qalibləri rəsmi qonaqlar tərəfindən diplom və medalla təltif olunublar.

Taekvondo üzrə yarışlara ölkənin müxtəlif rayon və şəhərlərindən 20 çəki dərəcəsində 200-dən artıq məktəbli idmançı qatılıb.

Qeyd edək ki, yarışlara 23 may tarixində yekun vurulacaq.

“Məktəblilərin respublika çempionatı”nın final mərhələsi 24–26 may tarixlərində ağırlıqqaldırma, 4–7 iyun tarixlərində sərbəst və yunan-Roma güləşi, 8–10 iyun tarixlərində isə cüdo idman növləri üzrə yarışlarla davam etdiriləcək.

Çempionat Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin birgə qərarı ilə keçirilir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxılıb...

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar