Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Blinken: ABŞ Ermənistanın bir neçə müraciətini araşdırır...

Entoni Blinken ABŞ-ın Ermənistandan bir neçə müraciətlə bağlı araşdırma apardığını açıqlayıb...

“Birləşmiş Ştatlar Vaşinqtonun İrəvana dəstəyi gücləndirmək üçün hansı addımlar ata biləcəyini müəyyən etmək üçün Ermənistandan gələn bir sıra sorğuları nəzərdən keçirir”.

Poliqon xəbər verir ki, bunu dövlət katibi Entoni Blinken ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

ABŞ diplomatiyasının rəhbəri heç bir təfərrüata varmadan deyib: “Biz Ermənistanla dəstəyimizi və əməkdaşlığımızı gücləndirmək üçün daha nə edə biləcəyimizi müəyyən etmək üçün Ermənistandan gələn bir sıra sorğuları nəzərdən keçiririk”.

Eyni zamanda, Blinken xatırladıb ki, aprelin əvvəlində onun Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə birgə görüşü baş tutub. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, bu məsləhətləşmələr məhz ABŞ və Aİ-nin “Ermənistanı dəstəkləmək üçün daha nə edə biləcəyini” öyrənmək məqsədilə aparılıb.

“Biz bir sıra müxtəlif sahələrdə irəliləyəcəyik”, deyə Blinken heç bir konkret məlumat vermədən konqresmenlərə söz verib.

Dövlət katibi AzərbaycanErmənistanın sülh müqaviləsi imzalayacağına da ümid etdiyini bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

NATO qoşunlarını Ukraynaya göndərilir? - Sunak aydınlıq gətirdi

Ən çox oxunanalar