Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Konqres Ukraynaya qoyulan qadağanı ləğv edilməsini istəyir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol dövlət katibi Entoni Blinkenə Ukraynaya tədarük edilən Amerikanın ATACMS taktiki raketlərinin çata biləcəyi zonaları göstərən Rusiyanın xəritəsini təqdim edib...

Poliqon xəbər verir ki, video “C-SPAN” televiziya kanalının saytında dərc edilib.

Makkol Nümayəndələr Palatasında çıxışı zamanı dövlət katibi Entoni Blinkeni Ukrayna hərbçilərinin Rusiya ərazisinə zərbə endirməsinə qoyulan qadağanı ləğv etməyə çağırıb. O, təsvir edilən xəritədə hazırda Ukrayna hərbçiləri üçün əlçatmaz zonaları göstərib və qeyd edib ki, Rusiya tərəfi həmin ərazilərdən artilleriya və raket sistemlərini yerləşdirmək üçün istifadə edir.

Makkol Ukraynanın “həqiqətən pis vəziyyətdə olduğunu” qeyd edbi və dövlət katibindən Ukraynanın Rusiyaya zərbə endirməsini qadağan edən siyasətə yenidən baxılması barədə nə düşündüyünü soruşub. Buna cavab olaraq Entoni Blinken bildirib ki, Ukrayna bu cür qərarları müstəqil qəbul etməlidir. Makkol öz növbəsində, qadağanın nəzərdən keçirilməsində israr edib və məhdudiyyətlərin Konqres tərəfindən qoyulmadığını və bununla Ağ Evin Ukraynaya zərər verə biləcəyini vurğulayıb.

Qeyd edək ki, bir gün əvvəl 13 amerikalı konqresmendən ibarət qrup Pentaqonun rəhbəri Lloyd Ostinə müraciət edib. Onlar öz məktublarında Pentaqon rəhbərindən Ukraynanın Rusiya ərazisinə Amerika silahları ilə zərbə endirməsinə icazə verməyə çağırıblar. Konqresmenlər hesab edirlər ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə vəziyyətinin pisləşməsi belə bir zərurətə səbəb olub.

The Wall Street Journal qəzeti isə yazır ki, Ukrayna artıq ABŞ-a nəinki Amerika silahlarının istifadəsinə qoyulan qadağanın aradan qaldırılması, həm də Rusiya ərazisindəki hədəflərin müəyyən edilməsinə köməklik göstərilməsi xahişi ilə müraciət edib. Politico qəzeti də yazıb ki, rus qoşunlarının Xarkov istiqamətində irəliləməsi səbəbindən Ukrayna ABŞ-dan Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə verməsini tələb edir. Nəşrin yazdığına görə, Ağ Evin siyasəti dəyişməyib və tədarük edilən silahlar yalnız Rusiya ərazisində hücum əməliyyatları üçün deyil, müdafiə üçün nəzərdə tutulub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxılıb...

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Ən çox oxunanalar