Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayonunda “Baharın ətri ” adlı rəsm sərgisi təşkil olundu

Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2024-cü ilin Azərbaycan Respublikasında  “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində keçirildi...

Tədbirdə  Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva,   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf sektorunun müdiri Günay Qurbanova, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Nilufər Rəhimova, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı Ağalı İbrahimov, Xalq Rəssamları Arif Hüseynov Sirus Mirzazadeh, digər qonaqlar, valideynlər və rayon məktəbliləri iştirak ediblər. 

Tədbiri Mərkəzin direktoru Lalə Qəti açaraq tədbirin əhəmiyyətindən danışıb.

Sonra gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisinə tamaşa edildi.

Mərkəzin “Buta” dizayn studiyasının üzvləri baharın ətri təəssüratı altında müxtəlif güllü və ornamentli parçalar üzərində rəngarəng kompozisiyalar təqdim etdilər. 

Sərginin məqsədi təbiətin gözəlliyini əks etdirmək idi. Sərginin ekspozisiyasında uşaqlarla birlikdə “Buta” dizayn studiyasının müəllimi, Rəssamlar İttifaqının üzvü, rəssam-dizayner Könül Orucovanın da işləri təqdim olundu. 

Tədbirin bədii hissəsində isə mərkəzin "Azəri inciləri" "Sehirli simlər", "Vokal" və "Bal rəqsləri" dərnəyinin istedadlı uşaqları rəqs, mahnı və musiqi nömrələri ilə çıxış etdilər.

Tədbirdə çıxış edənlər məktəblilərin əl işlərindən məmnun qaldıqlarını bildirərək  gənc rəssamlara işlərində uğurlar arzulayıblar. 

Sərginin sonunda gənc rəssamlar qonaqlar tərəfindən diplomlarla təltif olundular. 

Poliqon.info

 

 

 

 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxılıb...

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar