Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misir İsraillə HƏMAS arasında vasitəçi rolundan imtina etməklə hədələyir...

Misir Qəzza zolağında münaqişənin həllində vasitəçi rolundan imtina etməkdın imtina edə bilər...

Poliqon "Bild" nəşrinə istinadən xəbər verir ki, belə bəyanatla Misir Dövlət İnformasiya Xidmətinin rəhbəri Diaa Rəşvan çıxış edib.

"Misirin vasitəçilik səylərini və onun rolunu yalan ittihamlarla şübhə altına almaq cəhdlərinin davam etməsi Qəzza zolağında və bütün regionda vəziyyəti daha da çətinləşdirəcək. Misirin bu sahədəki səyləri şübhə altına alınarsa, Qəzza zolağında mövcud münaqişənin həllində vasitəçi rolundan imtina edə bilər", deyə Diaa Rəşvan bildirib.

Rəşvan əlavə edib ki, Misir bəzi tərəflərin Qəzzada atəşkəsə nail olmaq üçün Qahirənin son bir neçə ayda göstərdiyi böyük səyləri dəyərdən salmaq istəyini təəccüblə müşahidə edir. Dövlət İnformasiya Xidmətinin rəhbərinin sözlərinə görə, Qəzza üzrə danışıqlar zamanı Misirin hərəkətləri ilə bağlı Amerikanın CNN telekanalının dərc etdiyi bəyanatlara oxşar bəyanatlar yalnız anklavda və bütün Yaxın Şərq regionunda vəziyyətin pisləşməsinə gətirib çıxaracaq.

O, Misirin heç vaxt Rəfah keçidini bağlamadığını, eyni zamanda İsrail Fələstin tərəfdən qoşunlarını geri çəkməyincə Qəzzaya yardım çatdırmaq üçün istifadə etməyə razı olmadığnı deyib. Rəsmi qeyd edib ki, Fələstin anklavına humanitar yardımın dayandırılmasına görə tam məsuliyyət daşıyan yəhudi dövlətidir.

Ötən gün CNN mənbələrə istinadən məlumat yayıb ki, Misir kəşfiyyatı İsrailin Qəzza zolağında imzaladığı atəşkəs razılaşmasının şərtlərini dəyişdirib və nəticədə Fələstinin radikal HƏMAS hərəkatı ilə əsirlərin mübadiləsinə dair razılaşma uğursuz olub. Onların fikrincə, HƏMAS radikallarının mayın 6-da açıqladığı razılaşma yekun baxılmaq üçün onlara təqdim ediləndən fərqli olub. Mənbələrin sözlərinə görə, dəyişikliklər Misir kəşfiyyatı tərəfindən edilib və ABŞ, Qətər və İsrail rəsmiləri arasında qəzəb və qınaq dalğası ilə nəticələnib.

Amerika nümayəndə heyətinə rəhbərlik edən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns misirlilərin müqavilənin şərtlərini dəyişdirdiyi xəbəri ona çatanda bölgədə olub və buna görə çox əsəbiləşib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar