Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni Kaledoniyada iğtişaşlar... - Makronun adaya səfəri etirazçıları sakitləşdirəcək?

Yeni Kaledoniyadakı iğtişaşlar mayın əvvəlindən şiddətli şəkildə davam edir...

Politoloq: “Fransa Prezidenti Emmanuel Makron adaya səfəri çətin ki, etirazçıları sakitləşdirsin”.

“Fransa adada güc strukturlarından istifadə edərək iğtişaşları sərt şəkildə yatırtmaq istəyir. Bu isə tamamilə əks reaksiya verir”.

Bu sözləri politoloq Turan Rzayev Yeni Kaledoniyada şiddətlənən aksiyaları Poliqon-a şərh edərkən qeyd edib.

Yeni Kaledoniyadakı iğtişaşlar şiddətli şəkildə davam edir. Baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib. Diqqətçəkən məqam Fransa Prezidenti Emmanuel Makronun adaya səfər etməsidir.

Bəs, iğtişaşaların səbəbkarı olan Emmanuel Makronun adaya səfəri etirazçıları sakitləşdirəcək? Ümumiyyətlə, Parisin geri addım atmasına ehtimal vermək olar?

Makronun Yeni Kaledoniyada səfərini Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Emmanuel Makronun indiki məqamda adaya səfəri onun özü üçün müsbət heç nə vəd etmir”.

Yeni Kaledoniyada vəziyyətin kifayət qədər kritik olduğunu nəzərə çatdıran politoloq Poliqon-a bildirib ki, proses Fransanın qarşısını ala biləcəyi etapdan çıxır:

“Fransa Prezidenti Emmanuel Makron adaya səfəri çətin ki, etirazçıları sakitləşdirsin.

Birincisi, Fransa adada güc strukturlarından istifadə edərək iğtişaşları sərt şəkildə yatırtmaq istəyir. Bu isə tamamilə əks reaksiya verir. Aksiya iştirakçıları arasında polis zorakılığı nəticəsində ölən və yaralananların olması, habelə, onlarla şəxsin həbs edilməsi prosesin daha da aqressiv hal almasına gətirib çıxarır.

İkincisi, Fransa on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir. Məqsəd isə demoqrafik müdaxilə yolu ilə qarşıda keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali buna qəti şəkildə etiraz edir.

Emmanuel Makronun indiki məqamda adaya səfəri onun özü üçün müsbət heç nə vəd etmir. Qəzəbli kanak xalqı radikal addımlar ata bilər. Xüsusilə, Makronun özünə sui-qəsd cəhdləri ola bilər.

Ümumiyyətlə, Yeni Kaledoniyada vəziyyət kifayət qədər kritikdir və proses Fransanın qarşısını ala biləcəyi etapdan çıxır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan nazirləri ilə bağlı maraqlı faktlar - Siyahı

Tezliklə əlinə çoxlu pul gələcək 4 bürc açıqlandı

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

AVRO-2024: Macarıstan millisi hesab arasındakı fərqi azaldır - Yenilənib

Bakı Abadlıq Xidməti bir sıra binaların rənglənməsi məsələsinə aydınlıq gətirib

Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib, saxlanılanlar var - Video

Şirin Tire haqda həbs qərarı ləğv edildi: Sərbəst buraxıldı

Qurban bayramı ərəfəsində mal bazarında vəziyyət necədir?

Ən çox oxunanalar