Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Orban: Ukraynadakı münaqişə ABŞ-ın iştirakı ilə həll edilməlidir

Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin kəskinləşməsindən ehtiyat edir...

Poliqon xəbər verir ki, bu barədə Macarıstan lideri “Blikk” onlayn nəşrinə müsahibəsin də bildirib.

Orban qey edib ki, münaqişəni həll etmək üçün, təkcə MoskvaKiyev arasında deyil, həm də Moskva ilə Vaşinqton arasında danışıqlar aparılmalıdır.

“Müharibə dayanmayan, hərəkət edən bir heyvandır. Hazırda isə işlər daha çox eskalasiyaya doğru gedir... Müharibənin növbəti mərhələsində Ukraynaya Rusiya ərazisinə çata bilən texnika veriləcək və ya Allah göstərməsin, Qərbi Avropa dövlətlərinin və ya NATO-nun əsgərləri Ukrayna ərazilərinə daxil olacaq”, deyə baş nazir müsahibəsində bildirib.

Viktor Orban danışıqların kimlər arasında aparılacağı barədə düşünməyə çağırıb. O hesab edir ki, Ukraynanın arxasında bütün Qərb dayanır və “müəyyən mənada bu, proxy müharibədir”.

“Ukrayna ilə Rusiya arasında bir növ təmas olmalıdır. Lakin bundan sonra ruslar və amerikalılar arasında danışıqlar olmalıdır ki, bu da, yeri gəlmişkən, təkcə Rusiya və Ukraynaya deyil, bütün Avropa təhlükəsizlik sisteminin problemləri üçün vacibdir və bizim gələcək 20-30 ilik gələcəyimizi yaxşı müəyyən edə bilər”, deyə Viktor Orban bildirib.

Qeyd edək ki, Macarıstan hakimiyyəti dəfələrlə Aİ ölkələrini Ukraynanı dəstəklədiklərinə görə tənqid edib. Nazir həmçinin hesab edir ki, Qərb ölkələrinin Ukraynaya hərbi personal göndərməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

Ən çox oxunanalar