Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Netanyahu: Livanla sərhəddə gözlənilməz fəaliyyət planlarımız var...

İsrailin baş nazir Benyamin Netanyahu, təxliyə edilmiş icmaların sakinlərini evlərinə qaytarmaq naminə şimal sərhədlərində təhlükəsizliyi bərpa etmək üçün gözlənilməz planlarının olduğunu bildirib...

Poliqon xəbər verir ki, baş nazir bu mövzunu İsrail Ordusunun Şimal Komandanlığının qərargahına səfəri zamanı müzakirə edib.

“Ətraflı, vacib və hətta gözlənilməz planlarımız var. Amma iki şeyə, şimalda təhlükəsizliyin bərpasına və sakinləri öz evlərinə qaytarmağa hesablanmış bu planları düşmənlə bölüşməyəcəyəm. Biz bu iki məqsədə birlikdə nail olmaq əzmindəyik”, deyə Netanyahu icma nümayəndələrini əmin edib.

Netanyahu qeyd edib ki, İsrail hərbçiləri daim şimal cəbhəsində fəaliyyət göstərir.

“Hazırda biz yüzlərlə “Hizbullah” yaraqlısını məhv etmişik”, deyə İsrailin baş naziri vurğulayıb.

Qeyd edək ki, may ayında Livan qruplaşmasının baş katibi Həsən Nəsrullah israillilər Qəzzada əməliyyatı dayandırana qədər “Hizbullah”ın İsrailə hücum edəcəyi ilə hədələmişdi.

İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında müharibə 2023-cü il oktyabrın 7-dən davam edir. Nəsrullah əmin edib ki, İsrail hakimiyyətinin əvvəllər söz verdiyi kimi, Livanla sərhəddə yaşayan yəhudilər sentyabrın 1-dək evlərinə qayıtmayacaqlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Ən çox oxunanalar