Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir...

Regionda müharibənin və zorakılığın əsas ideoloji qaynağı olan erməni kilsəsinin mahiyyətcə dəyişməsini mümkündürmü?..

Politoloq: “Ermənistanda artıq kilsə aktiv şəkildə siyasətə qoşulduğu üçün bu, konstitusiya pozuntusu hesab olunur. Paralel olaraq bir də hakimiyyətin devrilməsinə çağırışlar mövcuddur. Bu da kilsəyə qarşı hüquqi mexanizmlərin tətbiq olunmasına yol açır”.

“Hüquqi cəhətdən Ermənistan rəhbərliyi kilsənin qol-qanadını budaya bilər. Çünki əslində Erməni Apostol Kilsəsi dindən hər şeylə məşğuldir və bura kriminal işlər də daxildir”.

Bu sözləri politoloq Natiq Miri Erməni Apostol Kilsəsi ilə Ermənistan hakimiyyəti arasında yaranan qarşıdurmanı Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan parlamentində yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsi müzakirə edilə bilər. Belə təklifi parlamentin sədri Alen Simonyan bildirib. Eyni zamanda Paşinyan da dünən bu haqda danışıb və işarə edib ki, yaxın aylarda Erməni Apostol Kilsəsi ilə bağlı addımlar atılacaq. Ermənistanın baş naziri qeyd edib ki, uzun əsrlərdir ki, erməni kilsəsi xarici qüvvələrə xidmət edir.

Hakimiyyətlə Erməni Apostol Kilsəsi arasında bu qarşıdurmanın Ermənistana və regiona hansı təsirləri olacaq? Regionda müharibənin və zorakılığın əsas ideoloji qaynağı olan erməni kilsəsinin mahiyyətcə dəyişməsini mümkündürmü?

Ermənistanda baş verənləri Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Bu təhlükəni aradan qaldırmaq üçün hər şeyin konstitutsiya çərçivəsində fəaliyyətini tənzimləyə ehtiyac var. Nikol Paşinyanın dediyi və etmək istədiyi də budur”.

Sərhəd müəyyənləşərsə, hər hansı bir müharibəyə, qarşıdurmaya da ehtiyac qalmayacağını qeyd politoloq Poliqon-a açıqlamasında vurğulayıb ki, artıq buna həm Ermənistan hökümətin də, həm də erməni cəmiyyətində inanmağa başlayıblar:

“Erməni Apostol Kilsəsi əslində Ermənistan üçün ən böyük potensial təhlükə mənbəyidir. Çünki indiyə qədər xülya ilə yaşayan erməniləri ideoloji cəhətdən zəhərləyən və zaman-zaman böyük faciələrə gətirən məhz bu kilsədir. Erməniləri müxtəlif xarici qüvvələrinin maraqlarının xidmətçisinə çevirən də məhz kilsədir və sözdə bu din ocağı əslində ermənilərin bütün fəlakətlərinin mənbəyidir. Bu kilsə yarandığı gündən dinlə deyil siyasətlə məşğul olub. Buna görə də ermənilər hər zaman geosiyasi alət alət olaraq istifadə olunub.

Nəzərə almalıyıq ki, keçmiş Sovet İttifaqı dövründə bu məsələlər ciddi nəzarət altında idiı. Oraya təyin olunmuş şəxslərin böyük əksəriyyəti SSRİ-nin xüsusi xidmət, təhlükəsizlik orqanlarının casusu kimi xidmət göstərirdilər. Bu günün özündə də dəyişən bir şey yoxdur. Nikol Paşinyan da bunu açıq şəkildə bəyan etdi. Doğrudur, bu çox cəsarətli çıxışdır. Çünki kilsəni qarşısına almaq sadəcə müəyyən bir qrupdan, din adı altında fəaliyyət göstərən fırıldaqçıdan söhbət getmir. Onların ciddi dəstəyi olan Rusiyadan, eyni zamanda xaricdə ciddi dəstəyi olan erməni diasporası və kriminal maliyyələrdən söhbət gedir.

Ermənistanda artıq kilsə aktiv şəkildə siyasətə qoşulduğu üçün bu, konstitusiya pozuntusu hesab olunur. Paralel olaraq bir də hakimiyyətin devrilməsinə çağırışlar mövcuddur. Bu da kilsəyə qarşı hüquqi mexanizmlərin tətbiq olunmasına yol açır. Bu da kilsəyə qarşı hüquqi mexanizmlərin tətbiq olunmasına yol açır. Hesab edirəm ki, bu addım çox doğru bir addımdır. Doğrudur, bu o qədər də asan olmayacaq. Çünki qısa müddət ərzində hələ də bu kilsənin nə qədər casus yuvası və fırıldaqçı olduqlarını ifşa etmək ictimai psixologiyada o qədər də asan məsələ deyil. Ancaq təbii ki, bunları ifşa etmək üçün cəmiyyətdə təbliğat aparmalı, konkret ifşa prosesləri həyata keçirilməlidir.

Natiq Miri: “Mövqeləri güclənmiş Nikol Paşinyan höküməti də kilsənin qol-qanadını budamağa davam edəcək”.

Belə olan təqdirdə, ola bilsin ki, hüquqi cəhətdən Ermənistan rəhbərliyi kilsənin qol-qanadını budaya bilər. Çünki əslində Erməni Apostol Kilsəsi dindən hər şeylə məşğuldir və bura kriminal işlər də daxildir. Erməni kilsəsi böyük maliyyələri məhz kriminal yollarla qazanılır. Yəni erməni kilsəsi bir növ mafiya təşkilatı kimi fəaliyyət göstərir və din xadimlərinin əldə etdikləri gəlirlr heç də qanun çərçivəsində baş vermir. Buna görə də bu yolları kəsmək ən doğru addım olardı.

Hesab edirəm ki, bu yöndə konkret fəaliyyətin olacağı şübhəsizdir. Çünki kilsə artıq hökumətə qarşı potensial təzyiq elementi olaraq istifadə olunur və hökumət bununla razılaşa bilməz. Buna görə də bu təhlükəni aradan qaldırmaq, hər şeyi konstitutsiya çərçivəsində fəaliyyətini tənzimləyə ehtiyac var. Nikol Paşinyanın dediyi və etmək istədiyi də budur.

Düşünürəm ki, bu son mitinqləri də tənzimliyib Azərbaycanla delimitasiya, demorkasiya prosesini rahatlıqla irəliyə apara bilsələr, bu kontekstdə sülh müqaviləsi yaxın aylarda imzalana bilər. Yəni söhbət çərçivə sazişindən gedir. Çünki yekun sülh sənədini bu il imzalamaq çətin məsələdir. Ancaq hər bir halda prinsipial olaraq bu niyyəti ortalığa qoymaq olar ki, bu da hər iki dövlətə legitim təhlükəsizlik təminatı olacaq.

Erməni ictimaiyyəti də sərhədlərin müəyyənləşməsi prosesi kontekstində güllələrin atılmadığı, insanların ölmədiyi gerçəyinə inanmağa başlayacaqlar ki, bu da Paşinyan hökümətinin mövqeylərini cəmiyyətdə möhkəmləndirəcək. Çünki Qazaxın 4 kəndinin qaytarılması və demokrasiya xəttin müəyyən olunması prosesində xaric nə qədər ajortaj yaratmış olsalar belə, təmas xəttində bir güllə belə atılmayıb. Bu faktın özü bariz nümunədir ki , sərhəd özü legitim təhlükəsizlik deməkdir. Sərhəd müəyyənləşərsə, hər hansı bir müharibəyə qarşıdurmaya da ehtiyac olmaz. Artıq buna həm Ermənistan hökümətində, həm də erməni cəmiyyətində inanmağa başlayıblar. Bu proses uğurlu aparıldığı təqdirdə artıq mövqeləri güclənmiş Nikol Paşinyan höküməti də kilsənin qol-qanadını budamağa davam edəcək”.

Nərminə UMUDLU
Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Ən çox oxunanalar