Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hikmət Hacıyev: "Oyun bitdi, Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb"

"Biz indi gələcək haqqında danışırıq, oyun bitdi. Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib".

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Laçında COP29-la əlaqədar təqdimat mərasimində çıxışı zamanı deyib.

O xatırladıb ki, Azərbaycanın xarici işlər nazirinin sözçüsü olduğu əvvəlki həyatında Azərbaycanın Laçın rayonunun işğalının 26-cı ildönümündə Xarici İşlər Nazirliyi tərəfindən bəyanat verilib.

"Həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, azərbaycanlı məcburi köçkünlərin, o cümlədən Laçın rayonundan olan məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının təmin edilməsi və münaqişənin ağır nəticələrinin aradan qaldırılması əsas məqsəd kimi qeyd edilirdi. Azərbaycan münaqişənin tezliklə həlli istiqamətində beynəlxalq səylərin intensivləşdirilməsini dəstəkləməklə yanaşı, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, vətəndaşların pozulmuş hüquqlarını müdafiə etmək prinsiplərini müdafiə edirdi. İndi biz gələcək haqqında danışırıq, oyun bitdi. Cənubi Qafqaz regionunda yeni reallıq yaranıb. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmək, habelə məcburi köçkün və qaçqınların hüquqlarını müdafiə etmək kimi suveren hüququnu təmin edib. Ancaq bu dağıntıları görəndə bizdə kədər hissi oyadır", - H.Hacıyev qeyd edib.

O əlavə edib ki, bununla belə bu gün bütün dünya məcburi köçkünlərin, xüsusən də uşaqların öz evlərinə qayıtmasını, Laçının və Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin dirçəlişinin şahidi olur:

"Sanki baharın özü Laçında və digər işğal olunmuş ərazilərdə qalan münaqişənin yaralarını sağaltmaq üçün əlavə səylər göstərir. Təbiət bu ecazkar diyarı öz rəngləri ilə mükafatlandırıb, hər künc-bucaq yaşıllıqlarla, çiçəklərlə bəzədilib. Bu gün biz Azərbaycanın COP29 gündəliyinin başqa bir unikallığı olan sülh quruculuğu prosesində də baş verən iqlim fəaliyyətindən danışacağıq. Bu, ErmənistanAzərbaycan arasında sülh quruculuğu prosesi nəticəsində yaranıb. Laçın şəhərinə aparan yol Ermənistan sərhədinə çox yaxındır. Uzaqdan gördüyümüz Həkəri çayının qarşı tərəfində ermənilərə məxsus dirək və bayraqları görürük. Azərbaycan Ermənistanla mülki sərhəd, normal sərhəd qurmaq niyyətindədir".

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Ən çox oxunanalar