Bazar, 16 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sosial Tədqiqatlar Mərkəzi yeni sorğu nəticəsini təqdim edib

Ötən dövrdə aparılmış institusional islahatlar nəticəsində mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti inzibati ərazi vahidləri ilə hüdudlaşan yerli bölmələri regional miqyasda yenidən təşkil edilib...

Sözügedən orqanlar tərəfindən yerli xidmətlərin regional mərkəz, bölmə, yaxud filiallardan göstərilməsi yerli icra hakimiyyəti sistemində islahatlarla bağlı daim ictimai müzakirələr yaradıb. Sosial Tədqiqatlar Mərkəzi buradan irəli gələrək, növbəti islahatlarla bağlı ictimai mövqeyi öyrənmək məqsədilə sorğular keçirib.

Nəticələrə əsasən, sorğuda iştirak edənlərin 69.4%-i yerli idarəetmə sistemində islahatların aparılmasını dəstəklədiyini bildirib. 23.9%-i islahatlara ehtiyac görmədiyini ifadə edib. Respondentlərin 7.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.

Respondentlər arasında ali təhsillilərin 73.0%-i, orta təhsillilərin 64.8%-i islahatların aparılmasına dəstəyini bildirib. Kənd ərazi vahidlərində məskunlaşanların 60.9%-i, şəhərdə yaşayanların 74.2%-i islahatların aparılmasını dəstəkləyib.

Sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və ondan yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

 

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Ən çox oxunanalar