Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - Yenilənib

Paytaxtın 549 küçəsi bu gün yuyulub...

Bu barədə Poliqon-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə paytaxtda təmizlik və abadlıqla bağlı növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib.

Səhər saatlarından etibarən, Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, çoxsayda rəngbərəng güllər əkilib.

***

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şənbə günü, may ayının 25-də paytaxtda növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi keçirilib.

Poliqon-un məlumatına görə, BŞİH Kommunal təsərrüfat xidmətlərinin texnikası səhər saatlarından əsas küçə və prospektlərin bitki və canlılara ziyansız yuyucu maddələrlə yuyulmasını aparıb.

İməclik zamanı həm də məhəllədaxili və ara yollar da yuyulub.

Xidmətin əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və buradakı işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulmasını həyata keçirilib, həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb.

BŞİH-in çağırışına qoşulan ictimai-iaşə, ticarət və digər obyektlərin əməkdaşları da iməclikdə yaxından iştirak edərək öz obyektlərinin vitrinlərini təmizləyib, ətrafında səliqə-sahman yaradıblar.

Eyni zamanda müəssisə, idarə və təşkilatların kollektivləri, şəhər sakinləri də bu iməclikdə fəal şəkildə iştirak ediblər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və təbii gübrələr verilib.

Eyni zamanda, şəhər sakinləri və paytaxtımızın qonaqlarının zövqünü oxşayacaq rəngbərəng güllər əkilir, müxtəlif rəngli güllərdən kompozisiyalar yaradılır, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.

Paytaxtın sanitar təmizliyinin lazımı səviyyədə saxlanılması və yaşıllıqların qorunması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcəkdir.

Poliqon.info

Fotolar




Etiket: Bakı İməclik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

İyunun ortaları bu bürclər üçün çox uğurlu olacaq

Donald Tramp: "Zelenski bütün siyasətçilər arasında ən böyük tacirdir"

Ən çox oxunanalar