Bazar ertəsi, 17 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

30 yaşlı kişiyə ərə veriləcəyi deyilən doqquzuncu sinif şagirdi ilə bağlı rəsmi açıqlama

Sosial şəbəkələrdə Masallı rayon Mahmudavar kənd ümumi orta məktəbin doqquzuncu sinif şagirdinin 30 yaşlı şəxslə evləndiriləcəyinə dair məlumatlar paylaşılmışdı. Sözügedən məsələ ictimailəşdikdən sonra aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu tərəfindən operativ reaksiya verildi.

Masallı rayonu üzrə təhsil sektorundan Oxu.Az-a verilən məlumata görə, Mahmudavar kənd Q.Babayev adına ümumi orta məktəbin 2008-ci il təvəllüdlü doqquzuncu sinif şagirdinin nişanlanması və bu məqsədlə toy məclisinin planlaşdırılması barədə 24.05.2024-cü il tarixdə sosial şəbəkələrdə paylaşılan məlumatlarla bağlı profilaktik tədbirlər görülüb.

Bildirilib ki, 24 may saat 17:02-də Masallı rayonu üzrə təhsil sektoruna məlumat daxil olan kimi, bu barədə yerli ərazi nümayəndəliyi və ərazi üzrə sahə müvəkkili məlumatlandırılıb, həmçinin valideynlərlə müvafiq söhbət aparılaraq mövcud qanunvericiliyin tələblərindən irəli gələn məsələlər onlara izah edilib:

"Bununla yanaşı qeyd olunmuş məsələ ilə bağlı şagird və onun hər iki valideyni, nişanlandığı iddia olunan oğlan və onun atası Masallı Rayon Polis Şöbəsinə dəvət olunub. Masallı Rayon İcra Hakimiyyətinin, Masallı rayonu üzrə təhsil sektorunun və Masallı RPŞ-nin müvafiq əməkdaşlarının iştirakı ilə valideynlərlə profilaktik söhbətlər aparılıb və akt tərtib olunub.

Həmçinin bildiririk ki, sözügedən şagird cari tədris ilində həmin məktəbin IX sinfində təhsil aldığı müddətdə müntəzəm olaraq dərslərə davam edib, davamiyyətində problem olmayıb, məktəbdə özünü intizamlı şagird kimi aparıb, eyni zamanda buraxılış imtahanında da iştirak edib".

Poliqon.info

 

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"İnci" Rəqs Ansamblının "86.6" adlı hesabat konserti baş tutub - Fotolar

Diqqətli olun! - Kartınızdakı bütün pullar oğurlana bilər

Tağı Əhmədovun toydan yeni görüntüsü - Video

“Banu”nun Güneli illər sonra üzə çıxdı - paylaşımı ürək sızlatdı - Video

Tanınmış jurnalist komaya düşdü - Vəziyyəti ağırdır

İstirahətə gedən zaman soyuducuya qəpik qoyun - Səbəb

Aygün Namiqdən gileyləndi: "Məni xoşbəxt edə bilmədin"

Qəzzada həlak olan fələstinlilərin sayı 37,3 mini keçib

Paşinyan niyə Lukaşenkonu hədəf seçdi? - Tarasov

Rostov İstintaq Təcridxanasının əməkdaşları terrorçulara kömək etməkdə şübhəli bilinir - Yenilənib

Beynəlxalq Konfransda Ukrayna üzrə yekun sənədi 91 ölkədən 80-i dəstəklədi

Ən çox oxunanalar