Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Netanyahuya "dəli" dediyini təsdiqləyib

ABŞ prezidenti İsrailin baş naziri ilə yaxşı əməkdaşlıq etdiyini desə də, Livanla bağlı siyasətindən narahatlığını gizlətməyib...

ABŞ prezidenti Donald Trump bazar ertəsi baş tutan telefon danışığı zamanı İsrailin baş naziri Benjamin Netanyahuya "dəli" dediyini və sərt ifadələr işlətdiyini təsdiqləyib. 

Poliqon xəbər verir ki, bu barədə Tramp The New York Post nəşrinin jurnalisti Miranda Devinein təqdim etdiyi “Pod Force One” proqramına müsahibəsində danışıb.

Tramp bildirib ki, Netanyahu ilə münasibətləri ümumilikdə yaxşı olsa da, İsrailin Livan istiqamətində davam edən hərbi fəaliyyətindən narahatlıq keçirib.

“Məni onun Livanla daimi qarşıdurması bir qədər narahat edirdi”, deyə ABŞ prezidenti qeyd edib.

Nəşrin yazdığına görə, Tramp hesab edir ki, regionda baş verən əlavə qarşıdurmalar Vaşinqtonun Tehranla apardığı danışıqlara və daha genişmiqyaslı sülh prosesinə mənfi təsir göstərə bilər. Məhz bu səbəbdən o, telefon danışığı zamanı Netanyahuya atəşkəsə riayət etməyin vacibliyini çatdırıb.

Bununla belə, Tramp İsrail lideri ilə əməkdaşlığını yüksək qiymətləndirdiyini vurğulayıb.

“Biz çox yaxşı işləmişik. Mən Bibini çox bəyənirəm. Onunla çox yaxşı əməkdaşlıq edirəm”, deyə ABŞ prezidenti bildirib.

Tramp müsahibədə Yaxın Şərqdəki vəziyyətə baxmayaraq optimist olduğunu və yaxın vaxtlarda diplomatik irəliləyiş əldə ediləcəyinə inandığını söyləyib. Onun sözlərinə görə, mümkün razılaşmanın əldə olunması gözlənildiyindən daha tez baş verə bilər.

ABŞ prezidenti eyni zamanda ölkə iqtisadiyyatının dayanıqlığını vurğulayaraq fond bazarlarının rekord göstəricilər nümayiş etdirdiyini qeyd edib. O, münaqişə fonunda neft qiymətlərinin kəskin artacağı ilə bağlı proqnozların da özünü doğrultmadığını bildirib.

“Hamı deyirdi ki, neftin qiyməti bir barel üçün 300-400 dollara çatacaq. Hazırda isə qiymət 98 dollar səviyyəsindədir. Ancaq onların nüvə silahına sahib olması ehtimalını nəzərə alsaq, bu elə də böyük qiymət deyil”, deyə Tramp vurğulayıb.

ABŞ prezidentinin açıqlamaları Vaşinqtonun həm İsraillə münasibətlərini qorumağa, həm də İranla bağlı diplomatik prosesləri davam etdirməyə çalışdığı mürəkkəb geosiyasi şəraitdə səsləndirilib. Analitiklər hesab edirlər ki, Trampın Netanyahuya yönəlmiş tənqidi fikirləri iki lider arasında fikir ayrılıqlarının mövcudluğunu göstərsə də, tərəflər strateji əməkdaşlığı davam etdirmək niyyətindədirlər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay