Tramp administrasiyasında ABŞ-nin Rusiya–Ukrayna müharibəsində neytral vasitəçi olmadığını rəsmən dəqiqləşib...
Poliqon xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı Vaşinqtonun Rusiya–Ukrayna müharibəsində neytral vasitəçi olmadığını açıq şəkildə bəyan edib.
Rubio bildirib ki, ABŞ bu müharibədə tərəfsiz vasitəçi rolunda çıxış etmir və faktiki olaraq mövqe seçib. Onun sözlərinə görə, ABŞ-nin siyasəti Ukraynanın dəstəklənməsinə yönəlib.
“Gəlin bunu aydınlaşdıraq: biz açıq şəkildə desək, bu müharibədə tərəfsiz vasitəçi deyilik”, deyə Rubio qeyd edib.
Dövlət katibi əlavə edib ki, Vaşinqton Rusiya-ya silah tədarükü həyata keçirmir və yalnız Ukrayna-nı silahlandırır. Bundan başqa, ABŞ Ukraynaya qarşı sanksiyalar tətbiq etmir, lakin Rusiyaya qarşı iqtisadi məhdudiyyətləri davam etdirir.
“Biz Rusiyaya silah vermirik. Yalnız Ukraynaya silah veririk. Ukraynaya qarşı sanksiya tətbiq etmirik, yalnız Rusiyaya qarşı sanksiyalar tətbiq edirik. Deməli, bu münaqişədə tərəfi açıq şəkildə seçmişik”, deyə ABŞ Dövlət katibi vurğulayıb.
Rubionun açıqlaması Tramp administrasiyasının müharibəyə yanaşması ilə bağlı müzakirələrin davam etdiyi bir dövrdə səslənib və Vaşinqtonun Kiyevə siyasi və hərbi dəstəyinin davam edəcəyini bir daha təsdiqləyib.
Poliqon.info