Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rütte: NATO Ukraynanın Sankt-Peterburqa hücumunda problem görmür...

NATO baş katibi Mark Rütte bildirib ki, alyans Ukraynanın Sankt-Peterburqa hücumunu beynəlxalq iqtisadi forum fonunda problem hesab etmir...

Poliqon xəbər verir ki, NATO-nun baş katibi Mark Rütte Ukraynanın Sankt-Peterburqa, şəhərdə beynəlxalq iqtisadi forumun keçirildiyi gün təşkil etdiyi hücumla bağlı danışarkən alyansın bu məsələdə problem görmədiyini bildirib. O, həmçinin Rusiya prezidenti Vladimir Putinə istehzalı münasibət sərgiləyərək, Kremlin təhlükəsizlik narahatlıqlarına eyham vurub.

Rütte çıxışı zamanı bildirib ki, Ukrayna son dövrlərdə elə nəticələr əldə edib ki, Kreml 9 May paradını yalnız Ukrayna Prezidenti Volodimir Zelenskinin “icazəsi” ilə keçirə bilib. NATO baş katibi bu fikri ironik formada səsləndirərək, Rusiyanın təhlükəsizlik tədbirlərinin sərt şəkildə gücləndirilməsinə diqqət çəkib.

“Ukrayna indi elə uğurlar əldə edib ki, Kreml 9 May paradını yalnız həmin prezidentin, Volodimir Zelenskinin rəsmi göstərişi sayəsində təşkil edə bildi. Görünür, siz ona, Vladimir Putinə paradı iki saat keçirməyə imkan verdiniz. Amma o, risk etməmək üçün tədbiri 1 saat 55 dəqiqəyə başa vurdu”, deyə Rütte istehza ilə bildirib.

Rüttenin açıqlaması Ukraynanın Rusiya ərazisinin dərinliklərinə dron və raket zərbələri endirməsi, xüsusilə də strateji və simvolik əhəmiyyət daşıyan şəhərlərin hədəfə çevrilməsi fonunda səslənib. NATO rəsmisinin sözləri Moskvanın hava təhlükəsizliyi və böyük ictimai tədbirlərin keçirilməsi zamanı təhlükə qiymətləndirmələrinə dolayısı ilə tənqidi münasibət kimi də şərh olunur.

Qeyd edək ki, Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum Rusiya üçün mühüm siyasi və iqtisadi platformalardan biri hesab edilir. Forum çərçivəsində Kreml həm xarici investorlar, həm də tərəfdaş ölkələrlə əməkdaşlıq mesajları verməyə çalışır. Bu səbəbdən şəhərə yönələn hərbi təhdidlər və ya təhlükəsizlik insidentləri siyasi rezonans doğurur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay