Bazar, 26 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail HƏMAS-ın hücumlarına qarşı Rəfaha zərbə endirməklə cavab verir

İsrail əsgərləri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə raket zərbəsi endirib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki, HƏMAS Kerem Şalom keçid məntəqəsinin atəşə tutulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

İsrail ordusu nəzarət-buraxılış məntəqəsinə doğru atılan on mərminin hamısının Rəfahdan atıldığını bildirib. Hücum nəticəsində üç İDF əsgəri həlak olub. HƏMAS-ın silahlı qanadı raketlərin buraxılış məntəqəsi yaxınlığındakı İsrail hərbi bazasına atıldığını təsdiqləyib.

Bu hücuma cavab olaraq İsrail Rəfahdakı bir evi vurub. İsrail hərbçiləri yaraqlıların mərmilərinin atıldığı qurğunun, eləcə də yaxınlıqdakı hərbi strukturun vurulduğunu bildirib.


Bundan bir qədər əvvəl İsrailin hava hücumu nəticəsində Rəfahdakı başqa bir evdə biri uşaq olmaqla 9 fələstinli həlak olub. Fələstin səhiyyə xidmətlərinin məlumatına görə, son 24 saat ərzində İsrailin hərəkətləri nəticəsində ölənlərin ümumi sayı 19 nəfər olub.

Qeyd edək ki, bazar günü keçidə hücum Qəzzada atəşkəs danışıqlarının bir neçə uğursuz raundu fonunda həyata keçirilib. Mayın 5-də mətbuatda tərəflərin razılığa gələ bilməməsi barədə məlumatlar yayılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əfv sərəncamına əsasən dörd qadın məhbus azad edili

İsrail Ordusu Cenin şəhərində əməliyyat keçirir

Qazaxda çay daşıb, yaşayış sahələrini su basıb

Paytaxtdakı uşaq bağçasında çəkilən kadrlar müzakirələrə səbəb olub

Qazaxın işğaldan azad edilən dörd kəndinin sakinləri doğma yurdlarında - Video

Azərbaycanda hotellərə ulduz dərəcəsi hansı meyarlara görə verilir?

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini təbrik edib

Ən çox oxunanalar