Çərşənbə axşamı, 28 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Neft qiymətləri sürətlə bahalaşır - Treyderlər Yaxın Şərqə ehtiyyatla yanaşır

Brent markalı neftin fyuçersləri 7 may çərşənbə axşamı 9 sent və ya 0,11% artaraq 83,42 dollar/barelə, West Texas Intermediate (WTI) markalı xam neftin fyuçersləri isə 7 sent və ya 0,09% artaraq 78,55 dollar/barelə çatıb.

Neft qiymətləri sürətlə bahalaşır - Treyderlər Yaxın Şərqə ehtiyyatla yanaşır

Brent markalı neftin fyuçersləri 7 may çərşənbə axşamı 9 sent və ya 0,11% artaraq 83,42 dollar/barelə, West Texas Intermediate (WTI) markalı xam neftin fyuçersləri isə 7 sent və ya 0,09% artaraq 78,55 dollar/barelə çatıb.

Poliqon xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

IG analitiki Yep Jun Ronq bildirib ki, İsrail-HƏMAS atəşkəs danışıqlarındakı bəzi uğursuzluqlar bazar iştirakçılarını potensial olaraq uzana biləcək geosiyasi gərginliyi qiymətləndirməyə vadar etdiyi üçün neft qiymətləri bu səhər qalxıb.

Xatırladaq ki, dünən HƏMAS qruplaşması Qəzzada atəşkəsə razılaşsa da, İsrail Rəfah şəhərində əməliyyatı davam etdirəcəyini bəyan edib. Öz növbəsində, Birləşmiş Ştatlar bunun hələ tammiqyaslı hücum olmadığını bildirib.

Bazar iştirakçıları indi səbirsizliklə ABŞ-ın xam neft ehtiyatları ilə bağlı məlumatları gözləyirlər. Bazar ertəsi "Reuters" agentliyinin keçirdiyi ilkin sorğuya görə, ABŞ-da neft və neft məhsulları ehtiyatları azalıb. Analitiklər hesab edirlər ki, mayın 3-dən əvvəlki həftədə neft ehtiyatları orta hesabla təxminən 1,2 milyon barel azala bilər.

Bundan əvvəl "qara qızıl"ın qiymətinin üç ayda rekord dərəcədə ucuzlaşdığı bildirilirdi. Ötən həftə Brent 6,2%, WTI isə 5,6% ucuzlaşıb. Belə dinamikanın səbəbləri arasında ABŞ-da yüksək inflyasiya, o cümlədən Yaxın Şərqdə geosiyasi gərginliyin azaldılması (o vaxt göründüyü kimi) qorxuları göstərilirdi.

Bazar ertəsi, mayın 6-da neftin qiyməti qalxmağa başlayıb. Buna, xüsusən də Qəzza zolağında atəşkəs razılaşmasının perspektivlərinin qaranlıq olduğunu başa düşmək və Səudiyyə Ərəbistanının qiymət siyasəti səbəb olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Libidosu ən yüksək olan bürclər açıqlandı - Video

Zaqatalada 44 yaşlı qadın odlu silahla qətlə yetirilib, qardaşı saxlanılıb

Bu prospektdəki məşhur dairə ləğv edildi - Video

Zakir Həsənov: Azərbaycan Ordusu azad edilmiş ərazilərdə mövqelərini daha da möhkəmləndirir

Azərbaycan Prezidenti bütün ölkələri planeti xilas etmək naminə həmrəylik nümayiş etdirməyə çağırıb

İlham Əliyev: Azərbaycan həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur

Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?..

Ən çox oxunanalar